Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 530 819 14 96
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Tərcümeyi-hal

MUSTAFA KƏRƏM, MD, FACS, PROFESSOR

1994 - cü ildə Çukurova Universiteti Tibb fakultəsindən məzun olmuşdur. 1994 - 2000 tarixlərində Ərciyəs Universiteti Tibb fakultəsində Ümumi cərrahiyyə üzrə təhsil almışdır. 2000 - 2004 tarixlərində Tarsus, 2002 - 2004 tarixlərində isə Kayseri Dövlət xəstəxanasında Ümümi cərrahiyyə mütəxəssisi olaraq fəaliyyət göstərmişdir. 2004-cü ildə Qazi Universitetində kafedra müəllimi olaraq vəzifəyə başlamışdır.

2007-ci ildə Dosent, 2013-cü ildə Professor dərəcəsinə yüksəlmiş və eyni universitetdə vəzifəsini hələdə davam etdirməkdədir. 2010-cu ildə Nyu York Memorial Sloan Kettering Onkoloji Mərkəzi, 2014-cü ildə Toronto Üniversitesi Toronto Mərkəzi Xəstəxanası, 2016 və 2018-ci illərdə iki dəfə Koreyanın paytaxtı Seul şəhərində Asan Xəstəxanasının Mədəaltı vəz və Qaraciyər Cərrahiyyəsi Mərkəzlərində dəvətli professor olaraq iştirak etmişdir.

2012 - 2013 tarixlərində Qazi Universiteti Elmi Tədqiqat xəstəxanasında Baş həkim köməkçisi, 2014 - 2015 tarixlərində Qazi Universitetinin Tibb elmləri İnstitutu müdürü vəzifəsində çalışmışdır. 2015-ci ildən etibarən Səhiyyə Nazirliyinə bağlı Onkoloji xəstəliklər İnstitutunda idarə heyətinin üzvü vəzifəsinə təyin edilmiş və eyni vəzifədə çalışmaqdadır. 2019-cu ildə keçiriləcək 13-cü Türk HPB Konqresinə rəhbərlik edəcəkdir.
Dr Keremin fəaliyyət sahəsi Mədəaltı vəz, Öd kisəsi, Qaraciyər cərrahiyyəsi və Laporaskopik cərrahiyədir.

Amerika Cərrahlar Kollecinin üzvü

Üzvlük etdiyi dərnəklər

Milli 

  • Milli Cərrahiyyə dərnəyi (Assosiasiyası)
  • Milli Travmatalogiya dərnəyi
  • Türk Hepatopankreatobiliyer Cərrahiyyə dərnəyi
  • Klinik Enteral və Parenteral Qidalanma dərnəyi
  • Prebiotik və Probiotik Dərnəyi
  • Türk Bariatik Dərnəyi
  • Türk Laporaskopik, Endoskopik Cərrahiyyə Dərnəyi

Beynəlxalq

  • European-African Hepato-Pancreato-Biliary Association
  • The Americas Hepato-Pancreato-Biliary Association
  • International Hepato-Pancreato Biliary Association
  • Asian-Pacific Hepato-Pancreato-Biliary Association
  • European Society for Surgical Research
  • European Society Of Parenteral And Enteral Nutrion
  • Fellow of American College of Surgeons

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image