Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 530 819 14 96
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Qaraciyər xərcəngi

Awesome Image

Qaraciyər xərçəngi

Son günlərdə yayılma sıxlığı gedərək artan xərçəng növlərindən biri də qaraciyər xərçəngidir. 1980-ci ildən bu günə kimi ABŞ-da rast gəlmə sıxlığının 3 dəfə artması xəbərdarlıq edilmişdir. Xüsusilə Türkiyə, Azərbaycan, Türkdilli ölkələr, Gürcüstan və İran kimi dövlətlərdə problemlər davam edir. Dünyada hər il 700,000-dən çox insana qaraciyər xərçəngi diaqnozu qoyulur.

  • İştahsızlıq
  • Çəki itkisi
  • Tünd rəngli idrar
  • Qarında köp və ya qaz
  • Gözdə və dəridə sarılıq
  • Bulantı
  • Qusma
  • Şüur itkisi
  • Qızdırma və tərləmə
  • Qarın ağrısı
  • Şiddətli bel ağrısı

Qaraciyər xərçənginin əlamətləri nələrdir?

Halsızlıq, yorğunluq, sarılıq (dəri rənginin saralması), ağrı, dəridə göyərmə, qanama, çəki azalması və qarında köp əlamət ola bilər.

Qaraciyər xərçənginin qarşısı necə alınır?

Qaraciyər xərçəngi yaranmadan qarşısını almaq çox önəmlidir. Qaraciyər xərçəngi zəminində iltihab və sirroz kimi tanınan dəyişikliklər baş verər. Qaraciyərə zərərli dərman və maddələr, infeksiyalar (hepatit B və C) artıq çəkidən uzaq durmaq qaraciyər xərçənginin qarşısını almaqda çox vacibdir. Hepatit B üçün peyvəndləri vaxtında vurdurmaq lazımdır. Hepatit C-yə yoluxmuş xəstələrin müalicə edilməsi, pəhrizlə sağlam formda qalmaq, davamlı idmanla məşğul olmaq qaraciyər xərçənginin qarşısının alınmasında vacib rol oynayır.

Qaraciyər xərçəngi diaqnozu neçə qoyulur?

Erkən mərhələdə diaqnoz qoyulan xəstələrin nəticələri yaxşı olur. Müxtəlif müayinə üsulları (USM, KT, MRT) rutin fizioterapiya, qan analizləri kimi müayinə üsulları ilə xərçəngin olub-olmaması araşdırılır. Qaraciyər xərçəngi yaranmadan bəzi testlər istifadə edilərək xəstəliyi mümkün qədər erkən dövrdə saxlamaq mümkündür.

Qaraciyər yağlanması ilə qaraciyər xərçənginin əlaqələri nələrdir?

Spesifik qaraciyər yağlanması ( irəliləyən alkaqoldan asılılı olmayan yağlı qaraciyər xəstəliyi, alkaqol asılılığı olmayan qaraciyər piylənməsi) olan xəstələrin həyatlarının qabaqcıl mərhələlərində qaraciyər xərçəngi yarana bilər. Lakin hər qaraciyər yağlanması qaraciyər xərçənginə çevriləcək mənasına gəlməz. Bu xəstəliklər xərçəng olaraq qəbul edilməz.

Öd sirrozu qaraciyər xərçənginə çevrilərmi?

Bəli. Birinci dərəcəli öd sirrozu qaraciyərin daxilində yerləşən öd yolları və öd kanalını uzun müddət zədələdiyinə görə qaraciyər xərçənginə səbəb ola bilər. Birinci dərəcəli öd sirrozu olan xəstələrin qaraciyəx xəstəlikləri üzrə mütəxəssis (hepatoloq) tərəfindən təqib edilməsində fayda var.

Qaraciyər xərçənginin müalicəsi digər xərçənglərdə olduğu kimidirmi?

Cavab: Ümumilikdə bütün xərçəng müalicələrində tətbiq edilən müalicələr qaraciyər xərçəngi üçün də keçərlidir. Bunlar:

  • Xəstəliyin yerli müalicəsi: Cərrahiyyə ( şişin çıxarılması, qaraciyər nəqli), şüa müalicəsi, şişin yandırılması ( radiofrekans, mikrodalğa ablasiya), dondurulması ( kriyoablasiya), şişə spirt inyeksiya edilməsi, qaraciyər damarından tətbiq edilən kimyaterapiya dərmanları ilə şişi qidalandıran əsas damarların tıxanması prosesləri.
  • Xəstəlik qaraciyər xaricinə yayıldığı hallarda müxtəlif kimyaterapiya dərmanları tətbiq edilir.

Bitkilər ilə (herbal) müalicələr qaraciyər xərçəngi zamanı məsləhət görülürmü?

Herbal müalicələr minlərlə tərkibə sahib olan termindir. Təəssüf ki bəzi şirkətlər tərəfindən istehsal edilən və marketlərdə asanlıqla tapılan məhsullar gün keçdikcə artmaqdadır. Məsləhətim: belə dərmanların həkimlərinizin icazəsi olmadan istifadə edilməməsində fayda var.


Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image