Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!
Xroniki pankreatit, üst abdomendə şiddətli ağrı ilə ortaya çıxan ciddi pankreas iltihablaşmasıdır. Uzun müddətli alkaqol istifadəsindən qaynaqlanır, eyni zamanda pankreatit kanalının tıxanmasına səbəb ola biləcək travma,kistik fibroz, dərmanlar, qanda kalsium səviyyəsinin yüksək olması, irsi və ya döğuşdan yaranan hər hansı haldan qaynaqlana bilər. Mədəaltı vəzə zərər verən müxtəlif iltihablı pankreatit tutmaları sonrasında da yaranar. Xroniki pankreatit təcili tibbi müdaxilə tələb edən ciddi, həyatı hədələyən bir haldır.
Çox miqdarda ağ rəngli kalsifikasiya ilə müşahidə edilən KT müayinəsinin görüntüsü.
Xroniki pankreatit faktlarının çoxu (təxminən 70%) uzun müddətli alkaqol qəbulundan qaynaqlanır. Xroniki pankreatit kişilərdə qadınlara nisbətdə daha çox müşahidə olunur, ümumilikdə 30-40 yaşlarında ortaya çıxır. Bu xəstəliklə bağlı əlamətlər, qarının üst tərəfində ani olaraq yaranan kəskin ağrı iltihablı pankreatitdə olduğu kimidir. Ağrı uzanan zaman daha kəskindir, lakin oturarkən və ya əyilərkən nisbətən az hiss edilir. Digər əlamətləri:
Xroniki pankreatitlə bağlı intensiv ağrı, normalda nazik bağırsağa salınan həzm fermentlərinin pankreasın içində qalması və bunun əvəzinə pankreasa müdaxilə etməsidir.Pankreatit əlavə olaraq mədəaltı vəzin bədəndəki şəkər səviyyəsini tarazlamaq üçün vacib olan insulin ifrazına da mane olur. Bu xəstəlik sonrasında qalıcı Diabet meydana gələ bilər. Daha kəskin halda mədəaltı vəzin toxumaları məhv olar və zəhərli ola bilər ( mədəaltı vəzin nekrozu).
Həkiminiz xəstəlik tarixçənizə, əlamətlər və simptomlarınıza bağlı olaraq xroniki pankreatitdən şübhələnə bilər. İltihablı pankreatit təşhisində istifadə edilən eyni testlər və prosedurlar, xroniki pankreatiti təşhis etmək üçün də istifadə edilir.
Qanda həzmə kömək edən anormal mədəaltı vəzi fermentləri amilaza və lipaza səviyyələri test edilə bilər.
Bu görüntüləri əldə etmək üçün Rentgen şüalarından çox səs dalğalarından istifadə edilir. Görüntülər öd yolunda tıxanıqlığın olmasını göstərə bilər. Bu müayinə əsnasında , USM probu qarının üstündə gəzdirilir və görüntülər kompyuterə köçürülür.
Qarın KT müayinəsi və ya MRT, öd yollarındakı tıxanıqlığı təsdiqləyə bilər. Hər iki müayinə də öd yolları görüntülərini kompyuter monitorunda əks etdirən invaziv olmayan prosedurlardır.
Endoskopik retrograd xolangiopankreatografiya və ya ERCP, öd kisəsi, mədəalti vəz və öd yollarını araşdırmaq üçün istifadə edilən xüsusi endoskopik müayinədir və terapiya məqsədlidir. Endoskopik müayinə və ERCP: Endoskopik retrograd xolangiopankreatografiya və ya ERCP, öd kisəsi, mədəaltı vəz və öd yollarını araştırmaq üçün xüsusi endoskopik müayinə üsuludur və müalicə edici vasitə kimi faydalıdır.ERCP 30 ildən çox müddətdir ki, istifadə edilməkdədir və öd yolları xəstəliklərinin diaqnozu və müalicəsi üçün standart üsul olaraq qəbul edilir. ERCP əsnasında, xəstələrə ilk olaraq yüngül bir keyləşdirici ilə bərabər boğazı keyləşdirmək üçün anesteziya edirlər. Qastroenteroloqunuz anesteziyadan sonra kameralı əsnək bir endoskop köməyi ilə ağızdan daxil olaraq mədə və bağırsağa daxil olur. Qastroenteroloqunuz monitorda öd və mədəaltı vəzi kanallarını gördüyü zaman ERCP vasitəsi ilə kiçik ölçülü USM probu daxil edir. Endoskopik ultrasəslə öd və mədəaltı vəzi kanallarının daha yaxşı görünməsi üçün rentgen şüaları əvəzinə ultrasəs görüntülərindən istifadə olunur. Bu endoskopik müdaxilə üçün xüsusi hazırlıq tələb olunur.
Müdaxilə tələb etməyən bu təşhis üsulu ilə, öd kanallarının kompyuter görüntülərini əldə etmək üçün MRT müayinəsindən istifadə edilir. Görüntüləri yaratmaq üçün xəstəyə kontrast maye vurulur. Xəstələr endoskopiya müayinəsində olduğu kimi hazırlıq görmür və sedasiya tələb olunmur. MRCP uğursuz olarsa və ya ERCP üçün doğru namizəd olmayan, endoskopik müayinədən keçmək istəməyən, pankreatit kanalı və ya öd yollarında ciddi problemi olmayan şəxslərdə istifadə edilir. ERCP kolonoskopiya ilə müalicə növü olduğu halda, MRCP sadəcə təşhis qoymaq üçün bir vasitədir.
Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!