Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Kəskin pankreatit

Awesome Image

Kəskin pankreatit

Kəskin pankreatit mədəaltı vəzdə ani olaraq yaranan iltihablaşmadır. Qarının üst tərəfində qəflətən əmələ gələn ağrı ən önəmli şikayətdir. Öd kisəsi, mədəaltı vəzi kanallarının öd daşı ilə tıxanması və alkoqol qəbulu kəskin pankreatitin yaranma səbəbidir. Bundan əlavə şiş, endoskopik müayinələr, mədə cərrahiyyəsi də kəskin pankreatitə səbəb ola bilər. Pankreatit tutmaları (pristupları) təkrarlanan və davamlı olarsa bunun adı xroniki pankreatit olaraq dəyişər.


Əlamətləri

Kəskin pankreatitin ən çox görülən smptomu qarının üst hissəsində başlayan ani ağrıdır. Ümumiyyətlə ağrı uzanan zaman daha pis, oturarkən və ya əyilərkən daha az hiss edilər. Bəzən belimizi əhatə edərək, bütün beldə hiss edilir. Digər əlamətləri aşağıdakılardır:

  • Mədə bulanması
  • Qusma
  • Qızdırma
  • Nəbzin artması
  • Qarından arxaya və sinəyə doğru yayılan ağrı
  • Qarında həssaslıq, toxunulan zaman ağrının hiss edilməsi
  • Qarında qabarıqlıq və ya şişkinlik
Awesome Image

Ciddi ağırlaşmalar

Pankreatitlə əlaqəli şiddətli ağrı, normal olaraq nazik bağırsaqda həzm fermentlərinin mədəaltı vəzi aktivləşərək pankreasa təsir etməsindəndir. Bundan əlavə Pankreatit - mədəaltı vəzi orqanizmin şəkər səviyyəsini tənzimləmək üçün lazım olan insulin ifrazına da təsir edir. Pankreas fermentlərinin pankreas toxumasına zədələyici təsir etməsi ilə bərabər damarlarda da zədələnmələrə səbəb olur.Pankreas kistası, mədəaltı vəzin ətrafında yaranan absesslər, ağciyər başda olmaqla digər orqanlarda da çatışmamazlıqlara və zədələnmələrə səbəb olur. Kəskin pankreatit əgər şiddətlidirsə şəkər xəstəliyinə də səbəb ola bilər.

Awesome Image

Diaqnoz

Doktorunuz, akut pankreatitin tıbbi geçmişinize, belirtilerinize ve semptomlarınıza bağlı olduğundan şüphelenebilir. Tanıda ona rehberlik etmek için bir dizi mükemmel test ve prosedür mevcutturHəkiminiz şübhələnə bilər ki, kəskin pankreatit müalicə tarixinizə, əlamətlərə və simptomlara bağlıdır. Diaqnoz zamanı həkimə yardımçı olmaq üçün bir neçə test və prosedur mövcuddur:

Qan testləri: Qanda həzmə köməklik göstərən anormal mədəaltı vəzi ferment səviyyələrinin analizi. Amilaza və lipaza səviyyəsinin artması diaqnoz qoymaq üçün vacibdir.

Awesome Image

Qarın boşluğunun (abdominal) ultrasəs müayinəsi (USM): Bu üsulla müayinədə şüa əvəzinə səs dalğalarından istifadə olunur. Görüntülərdə öd yolları və öd yollarındakı tıxanıqlıqlar ortaya çıxa bilər. Bu müayinə əsnasında USM probu qarının üzərində gəzdirilərək, görüntüləri kompyuter yaddaşına göndərilir.Abdominal USM xüsusilə hamilə qadınlarda six istifadə olunur..

Abdominal KT (Kompyuter Tomoqrafiya) və ya MRT (Maqnit Rezonans Tomoqrafiya):Abdominal KT və MRT müayinələrinin görüntülərində öd daşları və öd yollarındakı tıxanıqlıqları da müşahidə etmək mümkündür. Hər iki müayinə də öd kanalı görüntülərinin kompyuter monitorunda göstərildiyi invaziv olmayan görüntüləmə üsullarıdır. Dəqiqlik dərəcəsi olduqca yüksəkdir.

Endoskopik müayinə və ERCP: Endoskopik retrograd xolangiopankreatografiya və ya ERCP, öd kisəsi, mədəaltı vəzi və öd yollarını araştırmaq üçün xüsusi endoskopik müayinə üsuludur və müalicə edici vasitə kimi faydalıdır. ERCP 30 ildən çox müddətdir ki, istifadə edilməkdədir və öd yolları xəstəliklərinin diaqnozu və müalicəsi üçün standart üsul olaraq qəbul edilir. ERCP əsnasında, xəstələrə ilk olaraq yüngül bir keyləşdirici ilə bərabər boğazı keyləşdirmək üçün anesteziya edirlər. Qastroenteroloqunuz anesteziyadan sonra oynaq kamera başlıqlı bir endoskop köməyi ilə ağızın içindən mədə və bağırsağa daxil olur. Qastroenteroloqunuz monitorda öd və mədəaltı vəzi kanallarını gördüyü zaman ERCP vasitəsi ilə kiçik ölçülü USM probu daxil edir. Endoskopik USM-lə öd və mədəaltı vəzi kanallarının daha yaxşı görünməsi üçün rentgen şüaları əvəzinə işıq dalğaları görüntülərindən istifadə olunur. Bu endoskopik müdaxilə üçün xüsusi hazırlıq tələb olunur.

Awesome Image

Kəskin pankreatit müalicəsi ilə əlaqəli ətraflı məlumat əldə etmək üçün daxil olun!

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image