Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!
Mədəaltı vəzi xərçəngi çıxarılmayacaq qədər böyükdürsə və digər orqanlara yayılıbsa, ediləcək hər hansı əməliyyat müvəqqəti olacaq ( şikayətləri yüngülləşdirmək, qarşısını almaq üçün).
Mədəaltı vəzi xərçəngi ani yayıla bildiyi üçün, xüsusilə vəziyyəti pis olan xəstələrdə müvəqqəti əməliyyat məsləhət görülməz. Bəzən müalicə məqsədi ilə edilən əməliyyat əsnasında şişin çıxarılmayacağı qərarı verildiyi zaman simptomların qarşısını almaq, rahatlatmaq üçün, az məsafəli müvəqqəti əməliyyat olaraq baypas əməliyyatı da edilə bilər.
Öd yolu tıxanıqlığı vəziyyətlərində: Mədəaltı vəzin başında böyüyən xərçəng, mədəaltı vəzinin bu hissəsindən keçən ortaq öd kisəsi kanalını tıxaya bilər. Bu ağrıya və həzm problemlərinə səbəb olar, çünki öd bağırsağa daxil ola bilməz. Öd maddələri orqanizmdə toplanacaq, nəticədə sarılıq, bulantı, qusma və s problemlərə səbəb olabilər. Bu səbəbdən öd yolu və nazik bağırsaq arasında yeni yol düzəldilərək öd bağırsağa boşaldılır.
Mədə çıxışının tıxandığı hallar: mədəaltı vəzi xərçəngi böyüdüyündə mədənin boşalması çətinləşir. Beləliklə xəstədə qusma və çəki azalması yaranar. Mədə və bağırsaq arasında Baypas əməliyyatı edilərək mədənin boşaldılması prosesi həyata keçirilir.
Şiddətli ağrı: Mədəaltı vəzi xərçəngi sinirli bölgələrə yayılaraq şiddətli bel və qarın ağrılarına səbəb ola bilər. Bu bölgələrə spirt inyeksiyası vurularaq ağrı azaldılır.
Xəstələrin çoxuna cərrahi əməliyyat lazım olmadan yuxarıdakı proseslər edilə bilər.
Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!