Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!
Laparoskopiya kiçik cərrahi kəsiklərdən istifadə edilən bir əməliyyat növüdür. Bu əməliyyat laparoskop, kiçik bir video kamera və ucunda işıq verən incə bir alətlə aparılır. Cərrah sizin qarınınıza bu alətlərin köməyi ilə kiçik bir kəsiklə daxil olaraq video monitorda nə olduğunu görə bilir. Ənənəvi cərrahi əməliyyatlarda daha böyük ölçülərdə kəsiklər aparmaq lazımdır. Xüsusi alətlər vasitəsi ilə, cərrahınız böyük kəsiklər açmaq məcburiyyətində qalmayacaq. Buna görə laparoskopiya daha az kəsmə adlandırılır.
Minimal İnvaziv cərrahiyyə əməliyyatı haqqında hər hansı bir məlumatınız varmı? Laparoskopiya minimal invaziv cərrahiyyə növüdür. Laparoskopiya əvvəllər öd kisəsi əməliyyatları və ginekoloji əməliyyatlar üçün istifadə edilmişdir. Sonralar bağırsaq, qaraciyər və digər orqanlarda istifadə edilmişdir. Bu yaxınlarda laparoskopik əməliyyatlar pankreas, biliyar və qaraciyər cərrahları tərəfindən aparılır.
Bu üsul ortaya çıxmazdan öncə xəstənin qarın nahiyəsində 6 - 15 sm uzunluğunda kəsik açılırdı. Kəsiyin uzunluğu cərrahların nə etdiklərini görmələri səbəbiylə daha böyük və ya kiçik ölçüdə ola bilər.
Laparoskopik cərrahiyyədə bir neçə kiçik kəsik açılır. Ümumilikdə hər biri yarım santimetr uzunluğundadır (bu səbəbdən bəzən açar dəliyi əməliyyatı da adlandırılır). Hər kəsikdən bir alət (trokar) girir, kamera və xüsusi alətlər bu dəlikdən keçirilərək əməliyyat icra olunur.
Laparoskopik cərrahiyyə ənənəvi cərrahiyyə ilə müqaisədə neçə üstünlüklərə sahibdir.
Çünki az kəsik tələb olunur:
Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!