Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Laparoskopik pankreas cerrahisi

Awesome Image

Laparoskopik mədəaltı vəzi cərrahiyyəsi nədir?

Laparoskopik mədəaltı vəzi cərrahiyyəsinə namizəd xəstələrin standart açıq əməliyyatla bağlı bəzi riskləri və narahatlıqlarını ən aza salmağa nail olar. Laparoskopik cərrahiyyə adətən 3 - 4 sm və ya 1 sm kəsik açılaraq edilir, xəstələri böyük kəsik açılmasından xilas edir.

Xüsusi hazırlanmış cərrahi alətlər, yaxınlardakı qan damarları müayinə edildikdən sonra şişin çıxarılması və ya bütün vəzin çıxarılması üçün istifadə olunur. Mədəaltı vəzinin dərin və mərkəz hissəsi “yaş süngər” toxuması səbəbiylə cərrahlar üçün hər zaman qorxulu və diqqət edilən bir orqan olaraq qəbul edilmişdir.

Mədəaltı vəzi cərrahiyyəsinin mürəkkəbliyindən başqa, mədəaltı vəzin bir kapsulası olmaması səbəbi ilə kiçik bir yalnış toxunuş qanamaya səbəb ola bilər. Bu səbəbdən mədəaltı vəzi cərrahiyyəsi üçün ən xırda detaylarını da mükəmməl bilən cərrah tərəfindən icra edilməsi məsləhət görülür.


Mədəaltı vəzi cərrahiyyəsinin üstünlükləri nələrdir?

  • Az ağrı
  • Xəstəxanada qısa müddətli yatış
  • Qan infeksiyası riskinin az olması
  • Fəaliyyətinizə və işə tez müddətdə qayıtmaq
  • Dalağın qorunması imkanı artar
  • Yara infeksiyaları riskinin az olması və digər komplikasiya dərəcələri
  • Sonrakı inkişaf prosesslərinin daha tez olması
  • Daha az yara izi
Awesome Image

Laparoskopik mədəaltı vəzi cərrahiyyəsi kimlər üçündür?

Laparoskopik cərrahiyyə mədəaltıvəzin quyruğunda əmələ gələn şişlər üçün ideal seçimdir. Laparoskopik rezeksiya ediləcək xəstə KT müayinəsi sonrasında cərrahlar tərəfindən müəyyənləşdirilir. Normal olaraq əməliyyatdan 1-2 ay sonra təkrar KT müayinəsi istənilir. Açıq əməliyyatın lazım olduğu mədəaltı vəzin hər hansı hissəsinin böyük şişləri, böyük kəsiklər aparılmadan qabaq xərçəng yayılma dərəcəsi araşdırılması üçün laparoskopik əməliyyata başlanılar. Əgər şiş digər orqanlara yayılıbsa, açıq əməliyyata qayıdılmaz və əməliyyat sonlandırılar. Beləliklə xəstə kimyaterapiya alacaqsa, qabaqcadan planlaşdırıla bilər.

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image