Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

IPMN

Awesome Image

Pancreas Intraductal Papillary Mukozal Neoplazi (IPMN)

İntraduktal Papiller Mukozal Neoplazmalar (IPMN) pankreatik kanallarda ortaya çıxan xərçəng öncəsi kistlər və ya neoplazmalardır. "Papiller" ifadəsi selikli qişa istehsal edən kistlər içində bir hüceyrə quruluşunun tipini ifadə edir. IPMN, mədəaltı vəzin duktal bölgəsində hər hansı bir yerdə inkişaf edə bilər.

IPMN-lər həm kişilərdə, həm də qadınlarda heyrətamiz şəkildə yayılmışdır və irəliləyən yaşla birlikdə genişləndirilmə səviyyəsini artırır. Bunlar yavaş böyüyən neoplazmlardır (yeni yaranan) və xəstələr adətən müalicədən sonra mükəmməl bir nəticəyə nail olur. Bəzi IPMN yüksək dərəcəli displaziya (anormal hüceyrə böyüməsi) göstərdiyindən, cərrahi müalicə- xərçəng şişlərinə çevrilmənin qarşısını almaq üçün uğurlu addım sayılır.


İPMN əlamətləri

IPMN-lər adətən heç bir əlamət göstərməzlər. Başqa səbəblərlə və ya rutin müayinələr zamanı aparılan KT və ya MRT ilə təsadüfən aşkar edilər. IPMN-lər və digər öd kanalı qüsurları da eyni simptomlara malikdir, çünki bəzi öd kanalları öd və ya həzm maddələrini 12 barmaq bağırsağa ifraz edir. IPMN-lərin səbəb olduğu ən çox yayılmış şikayətlər aşağıdakılardır:

  • Sağ üst tərəfdə qarın ağrısı (qaraciyər, öd kisəsi və mədəaltı vəzin olduğu yer)
  • Bulantı
  • Qusma
  • Göz və dəridə sarılıq (bilrubinin toplanması, qalıq maddə)
  • Pankreatit
  • Yorğunluq
  • Çəki itkisi
  • Qızdırma
  • Gecə tərləmələri
  • İştahsızlıq
  • Açıq rəngli ifrazat
Awesome Image

Əlamətlər

Qan testləri

Qanda bilrubinin toplanması gözlərin və dəri rənginin saralmasına səbəb olur. Bilrubin analizinə əlavə olaraq yüksək ağ qan hüceyrələrinin varlığı, anormal pankreatit və qaraciyər dəyərlərinin səviyyələri üçün analizlər də istənilir. Həkiminiz öd yollarında (biliyer sistem) olan problemlərində müşahidə edilən şiş markerləri üçün CA 19-9 qan testi də istəyə bilər.

Awesome Image

Qarının ultrasonoqrafiyası

Bu görüntüləri əldə etmək üçün Rentgen şüalarından çox səs dalğalarından istifadə edilir. Görüntülər öd yolunda tıxanıqlığın olmasını göstərə bilər. Bu müayinə əsnasında , USM probu qarının üstündə gəzdirilir və görüntülər kompyuterə köçürülür. Abdominal USM hamilə qadınlarda daha çox istifadə edilir.

Awesome Image

Abdominal KT və ya MRT

Qarın KT müayinəsi və ya MRT, öd yollarındakı tıxanıqlığı təsdiqləyə bilər. Hər iki müayinə də öd yolları görüntülərini kompyuter monitorunda əks etdirən invaziv olmayan prosedurlardır.

Awesome Image

ERCP

Endoskopik retrograd xolangiopankreatografiya və ya ERCP, öd kisəsi, mədəalti vəz və öd yollarını araşdırmaq üçün istifadə edilən xüsusi endoskopik müayinədir və terapiya məqsədlidir.ERCP 30 ildən çox müddətdir ki, istifadə edilməkdədir və öd yolları xəstəliklərinin diaqnozu və müalicəsi üçün standart üsul olaraq qəbul edilir.

Awesome Image

ERCP əsnasında, xəstələrə ilk olaraq yüngül bir keyləşdirici ilə bərabər boğazı keyləşdirmək üçün anesteziya edirlər. Anesteziyadan sonra kameralı əsnək bir endoskop köməyi ilə ağızdan daxil olaraq qida borusu və öd yoluna girir. Qastroenteroloqunuz monitorda öd və mədəaltı vəzi kanallarını gördüyü zaman endoskop vasitəsi ilə kontrast maye tərkibli kateter (plastik tüp) daxil edir.Bu maddə mədəaltı vəz və öd kisəsi kanallarına yeridilir və kompyuter ekranında rengen şüalarının əksi təsvir olunur. Əməliyyat 60 - 90 dəqiqə müddətində davam edir.

Endoskopik USM və ERCP

Son dövrlərdə öd və mədəaltı vəz kanallarının daha yaxşı görüntüləmək üçün rentgen şüaları əvəzinə endoskopik USM istifadə edilir. Bu müayinə əsnasında ERCP-yə ultrasonoqrafik prob taxılaraq kompyuterə görüntülər ötürülür.

İynə Aspirasiya Biopsiyası

Təşhis qoymağı asanlaşdırmaq üçün endoskop yoluyla iynə aspirasiya biopsiyası və toxuma nümunəsi almaq mümkündür. Bu prosedur qarından girilən incə bir iynə köməyi ilə USM və ya KT müayinəsi vasitəsi ilə tətbiq edilir.

Awesome Image

MRCP

Magnit Görüntüləmə Kolanjiyopankreatikografiya yeni texnalogiya sayılır. Müdaxilə tələb etməyən bu təşhis üsulu ilə, öd kanallarının kompyuter görüntülərini əldə etmək üçün MRT müayinəsindən istifadə edilir. Görüntüləri yaratmaq üçün xəstəyə kontrast maye vurulur. Xəstələr endoskopiya müayinəsində olduğu kimi hazırlıq görmür və sedasiya tələb olunmur. MRCP uğursuz olarsa və ya ERCP üçün doğru namizəd olmayan, endoskopik müayinədən keçmək istəməyən, pankreatit kanalı və ya öd yollarında ciddi problemi olmayan şəxslərdə istifadə edilir. ERCP kolonoskopiya ilə müalicə növü olduğu halda, MRCP sadəcə təşhis qoymaq üçün bir vasitədir.

Awesome Image

İPMN müalicəsi ilə bağlı məlumat əldə etmək üçün daxil olun!

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image