Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 530 819 14 96
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Qaraciyər metastazı

Qaraciyər metastazı nədir?

Qaraciyər metastazı, orqanizmin başqa yerində başlayaraq qaraciyərə yayılan xərçəng şişidir. İkincili qaraciyər xərçəngi adlandırılır. Birincili qaraciyər xərçəngi, qaraciyərdən mənşələnən hepatoseluler və kolanjiyoseluler xərçəngdir. Daha çox hepatit və sirroz kimi risk faktorları olan şəxslərdə müşahidə olunur.

Bu xəstəliyin başqa adları belədir:

  • Qaraciyər metastazı
  • Metastatik qaraciyər xəstəliyi
  • Ləkə 4 və ya yayılmış xərçəng
Awesome Image

Qaraciyər metastazının simptomları və göstərişləri hansılardır?

Metastazın erkən dövrlərində hərhansı şikayət və göstəriş olmur. İrəliləyən dövrlərdə xərçəngin öd yolları və damarları tıxamağa başlaması ilə birlikdə şikayətlər meydana gəlir:

  • İştahsızlıq
  • Çəki itkisi
  • Tünd rəngli idrar
  • Qarında köp və ya qaz
  • Göz və dəridə sarılıq
  • Bulantı
  • Qusma
  • Şüurun zəifləməsi
  • Qızdırma və tərləmə
  • Qaraciyər böyüməsinə bağlı qarının sağ tərəfində şişkinlik və ağrı
Awesome Image

Həkimə nə vaxt getməliyik?

Yuxarıdakı şikayətlərdən biri və ya bir neçəsi varsa həkiminizlə görüşməyinizdə fayda var. Aşağıdakı göstərişlər varsa daha cəld davranmaq lazımdır, problem ciddi ola bilər.

  • Bir gündə bir dəfədən çox müşahidə edilən bulantı və qusma
  • Qanlı qusma
  • Səbəbi bilinməyən çəki itkisi
  • Bağırsaq hərəkətlərində azalması
  • Udqunmada çətinlik
  • Ayaqlarda meydana gələn şişkinliklər
  • Sarılıq, dəri və gözlərin saralması

Əgər məlum olan xərçənginiz varsa və yuxarıdakı şikayətlər mövcuddursa həkiminizə müraciət edin. Müayinələrinizi davamlı olaraq etdiyiniz zaman qaraciyər metastazı erkən mərhələlərdə müşahidə edilə bilər.

Qaraciyər metastazının səbəbləri hansılardır?

Xərçəngin qaraciyərə yayılması riski mənşəyi olan orqana bağlıdır. Aşağıdakı xərçəng növlərində qaraciyər metastazı olma ehtimalı yüksəkdir:

  • Süd vəzi
  • Qalın bağırsaq
  • Düz bağırsaq
  • Böyrək
  • Qida borusu
  • Ağciyər
  • Yumurtalıq
  • Uşaqlıq (matka)
  • Mədəaltı vəz
  • Mədə
Awesome Image

Xərçəngə yoluxmuş orqan çıxarılsa belə qaraciyər metastazı illər sonra meydana gələ bilər. Bəlli olan xərçəng xəstəliyiniz varsa qaraciyər metastazının əlamət və şikayətlərini bilmənizdə fayda var.Müayinələrinizi davamlı olaraq etməyiniz məsləhət görülür.

Qaraciyər metastazının diaqnozu

  • Qan analizi: Qaraciyər funksiyalarında pozuntuları göstərən anormal dəyərlər. Xərçəng markerlərində artışlar.

Görüntüləmə üsulları

  • Qarın USM
  • KT
  • MRT
  • Angioqrafiya
  • Laparoskopiya ( zəhmət olmasa laparoskopiya bölümünə baxın)

Qaraciyər metastazı müalicəsi ilə bağlı məlumat almaq üçün daxil olun!


Qaraciyər metastazı ilə bağlı ən çox veerilən sualları oxumaq üçün daxil olun!

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image