Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Öd yolu darlığı

Öd yolu darlığı nədir?

Öd yolu striktürü olaraq adlandırılan öd yolu darlıqları zamanı, öd yolu daha kiçilir vəya darlaşır. Öd yolu qaraciyərdən nazik bağırsağa öd aparan kanaldır.Öd yolunun daralması nəticəsində ödün nazik bağırsağa axmaması səbəbi ilə qidaların həzm olunması çətinləşir. Öd, yağların parçalanmasına kömək edən bir maddədir. Yüngül öd darlığı olan xəstələrdə hər hansı bir simptom görülməyə bilər. Sarılıq (dərinin saralması) qaşıntı, açıq rəngli ishal halı ola bilər.

Öd yolları xərçəngi yarandığı yerə görə fərqli növlərə ayrılır:

Awesome Image

Öd yolu darlığına səbəb nədir?

  • Öd kanalına edilən hər hansı bir zədə ( öd kisəsi əməliyyatı və ya öd kanalında öd daşının olması). Günümüzdə öd yolu daralmalarının əsas səbəbi öd kisəsi əməliyyatıdır. Bu əməliyyatlarda öd yolu darlığının yaranma ehtimalı 0.2 - 0.4 % arasındadır.
  • Öd yolu xərçəngləri ( ətraflı məlumat üçün baxın)
  • Mədəaltı vəzi ( pankreas iltihabı)
  • Mədəaltı vəzi xərçəngi ( ətraflı məlumat üçün baxın)

Öd yolu darlığının əlamətləri hansılardır?

  • Qarının üst tərəfində ağrılar
  • Soyuqdəymə və qızdırma
  • Sarılıq
  • Qaşınma
  • Mədə bulanması və qusma
  • Boz və ya solğun rəngli ifrazat
Awesome Image

Diaqnoz

Hekayə:Xəstənin öd kisəsi əməliyyatı hekayəsinin olması öd yolu darlığı səbəbinin keçirilən cərrahiyyəyə bağlı olduğunu düşündürür. Əməliyyat bölgəsinə yerləşdirilən drenajdan öd gəlməsi, öd yolları ilə əlaqəli problemin olduğunu göstərir. Çəki itkisi və sarılıq varsa daha çox xərçəngə bağlı darlıq vardır.

Qan analizi: Qanda ödün tərkibindəki bəzi maddələrin yüksək olması öd yollarında daralmadan xəbər verir.

Abdominal USM: Öd yollarında olan problemləri göstərmək üçün istifadə edilən radioloji üsuldur.

Magnit Görüntüləmə Kolanjiyopankreatikografiya (MRCP): Öd yolları darlıqlarının ətraflı araşdırılması baxımından önəmli təşhis növüdür.

Müalicə

Öd yolu yaralanmalarının müalicəsi invaziv radiologiya, invaziv qastroenterologiya və cərrahiyyə şöbələrinin birlikdə əməkdaşlığı ilə edilir. Darlığın yeri, səbəbi və dərəcəsinə görə stend qoyulması və ya əməliyyat edilməsi seçimı edilir. Hər xəstə üçün fərdi qərar vermək lazımdır.

Cərrahınız əməliyyatın növü ilə bağlı sizi məlumatlandıracaq.

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image