Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Xərçəng riski olan mədəaltı vəzinin kista və şişləri

Xərçəng riski olan mədəaltı vəzinin kista və şişləri

  • Musinoz kistli neoplazm
  • İntra-papiller musinoz neoplazi (IPMN)
  • Solid psödopapiller şiş
  • Mədəaltı vəzi mənşəli neyroendokrin şişlər
Awesome Image

Ortaq xüsusiyyətləri

Ümumiyyətlə, başqa səbəblər və müayinələr zamanı təsadüfən ortaya çıxırlar. Qarın USM-i , KT və ya MRT ilə mədəaltı vəzi kisti və şişi diaqnozu qoyulur.

Əlamətləri

Ümumilikdə şikayət yaratmaz.Lakin aşağıda qeyd edilənlər ola bilər:

  • Qarının üst tərəfində ağrı
  • Sarılıq
  • Çəki itkisi
  • Qusma
  • Bulantı
Awesome Image

Dəqiqləşdirici diaqnoz

Dəqiqləşdirici diaqnoz vasitəsi olan KT və MRT ilə kistin və ya kütlənin quruluşu ortaya qoyulur. Xərçəng ilə qarışdırıla bilər. Dəqiqləşdirici təşhis üçün endoskopik USM yardımı və kist mayesi ilə təhlillər aparmaq lazımdır. Bu analizlər arasında xərçəng hüceyrələrinin mövcudluğu öyrənmək üçün sitoloji, xərçəng indikatorlarının səviyyələrini müəyyənləşdirmək üçün isə biokimyəvi işlər aparıla bilər. Hormon ifraz edən şişlər üçün də analizlər edilə bilər.

Müalicə

Ölçü, quruluş və şikayətlərə görə radiolojik və klinik olaraq müayinə aparıla bilər. Yaxud da cərrahi yolla mədəaltı vəzin zədələnmiş hissəsi və ya orqanın özü tam şəkildə çıxarıla bilər. Bu prosedurlar cərrahın seçiminə və təcrübəsinə görə laparoskopik və açıq üsullarla həyata keçirilə bilər.

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image