Hepato-Pankreato-Biliyar Cərrah Prof. Dr. Mustafa Keremin veb saytına xoş gəlmişsiniz!

Telefon

+90 535 766 86 79
+994 51 657 91 53

Bazar ertəsi - Cümə

9:00 - 16:00

E-mail

info@drmustafakerem.com

Mədəaltı vəzi xərçəngi

Awesome Image

Mədəaltı vəzi xərçəngi

Pankreas xərçəngi 2003-cü ildə diaqnoz edilmiş və 5 oktyabr 2011-ci ildə dünyasını dəyişmiş Apple şirkətinin həmtəsisçisi Steve Jobs da daxil olmaqla bir çox tanınmış şəxsin diaqnozu üçün qeyd edilmişdir. Stiv Cobs xəstəliyin nadir növü olan adacıq hüceyrəsi neyro endokrin şişindən əziyyət çəkirdi. Müalicəsi radikal şəkildə aparılmışdır.


Mədəaltı vəzi nədir?

Mədəaltı vəz qarının arxasında, 6 düym uzunluğunda süngərə bənzər balon şəkilli orqandır. Mədəaltı vəzin iki vacib vəzifəsi vardır: bağırsaqların qidaları parçalamasına kömək edən həzm şirəsi (enzim) istehsal etmək və orqanizmin qlükoza və nişasta istifadəsini tənzimləyən hormonlar (insulin daxil) istehsal etmək. Mədəaltı vəz xərçəngi bədxassəli hüceyrələrə bölündüyündə və mədəaltı vəz toxumalarına yayıldığı zaman əmələ gəlir.

Awesome Image

Mədəaltı vəzi xərçənginin əlamətləri

Mədəaltı vəzi xərçənginə “səssiz“ xəstəlik deyilir, çünki şikayətlər tipik olaraq erkən dönəmdə ortaya çıxmaz. Xərçəng böyüdükcə və yayıldıqca ağrılar xüsusilə üst tərəfdə yaranır və kürəyə yayılır. İnsan yedikdə və yatdıqda ağrı daha da kəskinləşir.Digər əlamətlərə sarılıq, mədə bulantısı, iştahsızlıq, çəki itkisi, yorğunluq və gücsüzlük daxildir.

Awesome Image

Mədəaltı vəzi xərçənginin səbəbləri

Əsl səbəbi bilinməməyinə rəğmən, siqaret bilinən ən önəmli risk faktorlarından biridir. Siqaret çəkənlərdə, çəkməyənlərə görə ikiqat çox mədəaltı vəzi xərçəngi rast gəlinir. Xəstəlik ümumiyyətlə 45 yşdan yuxarı insanlarda rast gəlinir. Diabet bəzən xəstəliyin əlaməti olduğu halda, bəzən isə xəstəlikdən sonra meydana gələ bilər. Davamlı alkoqol istifadəçilərində pankreatit olma ehtimalı çox yüksəkdir. Xroniki pankreatitli xəstələrdə isə mədəaltı vəzi xərçəngi nisbəti 7 dəfə artar. Ailədə mədəaltı vəzi xərçəngi olması,yüksək miqdarda yağ qəbulu, passiv həyat tərzi mədəaltı vəzi xərçənginə səbəb olan faktorlar arasındadır.

Awesome Image

Mədəaltı vəzi xərçənginin diaqnozu

Əvvəllər mədəaltı vəzi xərçəngi diaqnozunu qoymaq çox çətin idi. Həkimlər görərək və müayinə edərək bu diaqnozu qoya bilməzlər. Mədəaltı vəzi xərçəngi şübhəsi olan xəstələrə ilk olaraq instrumental müayinələr (MRT, KT, USM) edilir və əlavə analizlər istənilir. Günümüzdə ən güvənli üsul keyfiyyətli çəkilmiş MRT müayinəsidir.

Awesome Image

Mədəaltı vəzi xərçənginin qarşısını almaq mümkündürmü?

Əvvəllər mədəaltı vəzi xərçəngi diaqnozunu qoymaq çox çətin idi. Həkimlər görərək və müayinə edərək bu diaqnozu qoya bilməzlər. Mədəaltı vəzi xərçəngi şübhəsi olan xəstələrə ilk olaraq instrumental müayinələr (MRT, KT, USM) edilir və əlavə analizlər istənilir. Günümüzdə ən güvənli üsul keyfiyyətli çəkilmiş MRT müayinəsidir.

Mədəaltı vəzi xərçəngi xəstəsi olmaq istəmirsinizsə:

  • Siqaret aludəçisisinizsə dərhal atın
  • Qidanızdan yağları çıxarın
  • Passiv və tənbəl həyat tərziniz varsa dərhal hərəkətə keçin
  • Kökəlməkdən azad olun
Awesome Image

Mədəaltı vəzi xərçəngi müalicəsi ilə bağlı məlumat almaq üçün daxil olun!

Qazandığım Mükafatlar

Əmək sərf etmədən bir şeyə nail olmaq barədə düşünmək xəyalpərəstlikdan başqa bir şey deyildir!

Awesome Image Awesome Image